Kabildə şiələrin məscidində partlayış: 27 nəfər şəhid olub
Əfqanıstan polisi elan edib ki, terrorçu intiharçı Kabildə İmam Hüseynin (ə) Ərbəin günü münasibəti ilə keçirilən əzadarlıq mərasiminə hücum edib, özünü partladıb. Maide.Az xəbər verir ki, polis bu gün elan edib ki, insanlar Kabilin Baqirul-Ulum adlı məscidində əzadarlıq etdiyi zaman terrorçu özünü insanların içərisində partladıb. İlkin məlumata görə, partlayışda 27 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Hələlik partlayışı kimin törətdiyi bilinmir. Lakin Əfqanıstan mətbuatının məlumatına görə, Taliban terror qruplaşmasının sözçüsü Zəbihullah Mücahid elan edib ki, Talibanın Kabildə baş verən partlayışda heç bir rolu olmayıb