Maide.az

Kabildə İmam Hüseyn (ə) əzadarlarına hücum olub

Aşura gecəsi Əfqanıstanın  paytaxtında  Kabildə  terroçular Əhli-Beyt (ə) aşiqlərinin  əzadarlıq məclisinə  hücum edib.     Maide.Az xəbər verir ki, 3 silahlı şəxs Əfqanıstan polisinin geyimində əzadarlıq məclisinə  daxil olub və atəş açıb.    Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə 2  hücumçu həlak olub, bir nəfər isə  bir neçə nəfəri girov götürərək atışmanı davam etdirib.    Şahidlərin bildirdiyinə görə,  bir neçə partlayış  da baş verib.  İlkin məlumatına görə,  8 nəfər şəhid olub, 20 nəfər yaralanıb.