Maide.az

Kabildə Amerika Universitetinə hücum yatırdıldı, 14 nəfər həlak oldu

Avqustun 25-də əfqan təhlükəsizlik qüvvələri Kabildəki Amerika Universitetinə hücum edən iki silahlını öldürüb. Bununla da universitetə 10 saat çəkən hücum bitib, azı 14 nəfər həlak olub.   Maide.Az xəbər verir ki, ölənlərdən 8-i tələbə,  3 –ü polis və 3 nəfəri isə  mühafiz olub.    Kabil  Cinayət Təhqiqat İdarəsinin rəisi deyib ki, hücum zamanı  44 nəfər ki, onlardan 35 nəfəri tələbədir yaralanıb.    Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.