Kabildə mikroavtobus partladı: 14 ölü, 8 yaralı
Kabildə mikroavtobusun partlaması nəticəsində 14 nəfər həlak olub, 8 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, Kabildən Əfqanıstanın şərqində yerləşən Calal Abad şəhərinə gedən mikroavtobusda partlayış baş verib. «Taliban» terror qruplaşması mikroavtobusun partlamasında məsuliyyəti öz üzərinə götürüb. Partlayışa səbəb terrorçu intiharçının hücumu olub. Mikroavtobusda hökumət işçilərinin olduğu bildirilir. Digər bir məlumata görə isə, mikroavtobusda Əfqanıstanda səfirliklərdən birinin mühafizəsini təmin edən təhlükəsizlik şirkətin işçiləri olub. Onların hamısı Nepal vətəndaşıdır. Bəzi yerli xəbər mənbələri ölənlərin 20 nəfər olduğunu bildirir.