Maide.az

Kərbəla şəhidləri - Cünadə ibn Kəb ibn Hərs (Haris) Ənsari

Cünadə yetmiş yaşında ikən əhli-əyalı və övladı Əmr ilə birlikdə Məkkədə İmam Hüseynə (ə) qoşulmuş və Aşura günü oğlu Əmrlə birlikdə şəhadətə yetmişdir. O, Aşura günü günortadan öncə şəhadətə yetən şəhidlərdəndir.   “Nahiyeyi-müqəddəsə” ziyarətində həm Cünadənin, həm də oğlu Əmrin adı çəkilmişdir: “Salam olsun Cünadə ibn Kəb Ənsariyə və onun oğlu Əmr ibn Cünadəyə!”   O, döyüş meydanına doğru hərəkət edərkən bu rəcəzi oxuyurmuş:   أَنَا جُنادٌ وَأَنَا ابْنُ الْحارِثِ               لَسْتُ بِخَوَّارٍ وَلا بِناکِثٍ‌ عَنْ بَیْعَتی‌ حَتَّی یَرِثْنی‌ وارِثی‌       الْیَوْمَ ثاری فِی الصَّعیدِ ماکِثٌ   “Mən Cünadəyəm, Harisin oğluyam! Qorxaq, zəif və əhd-peymanı pozan deyiləm. Öz varisimə bu əhdi əmanət qoyub gedənə qədər öz əhdimə sadiq qalacağam. Bu gün bədən üzvlərim bu torpaqda sındırılacaqdır.”   Maide.Az - Maarif bölümü