Maide.az

Kərbəla şəhidləri – Əqil ailəsinin şəhidləri

Aşura faciəsində Əqilin övlad və nəvələri İmam Hüseynə (ə) yardım etməkdə elə qeyri-adi fədakarlıq göstərdilər ki, axırda İmam Hüseynin (ə) alqışına səbəb oldu. Həzrət onların fədakarlığını gördükdə, onları Cənnətlə müjdələdi və buyurdu:   “Ey Əqil xanədanı! Səbirli olun, sizin yeriniz Cənnətdir. İlahi! Ali-Əqili öldürənləri məhv et!”    Aşura hərəkatında Əqil xanədanından doqquz nəfər şəhadət feyzinə nail oldu:   1. Kufədə şəhid olan Müslim ibn Əqil;   2. Abdullah ibn Müslim ibn Əqil;   3. Məhəmməd ibn Müslim ibn Əqil;   4. Cəfər ibn Əqil;   5. Əbdürrəhman ibn Əqil;   6. Məhəmməd ibn Əqil;   7. Abdullah ibn Əqil;   8. Əli ibn Əqil;   9. Məhəmməd ibn Əbu Səid ibn Əqil.   Maide.Az - Maarif bölümü