Maide.az

Kərbəla şəhidləri – Əqil ailəsinin şəhidləri

  Aşura faciəsində Əqilin övlad və nəvələri İmam Hüseynə (ə) yardım etməkdə elə qeyri-adi fədakarlıq göstərdilər ki, axırda İmam Hüseynin (ə) alqışına səbəb oldu. Həzrət onların fədakarlığını gördükdə, onları Cənnətlə müjdələdi və buyurdu:    صَبْراً آلَ عَقيلٍ إِنَّ مَوْعِدَكُمُ الْجَنَّةُ، اللَّهُمَّ اقْتُلَ قاتِلَ آلِ عَقيل‌    “Ey Əqil xanədanı! Səbirli olun, sizin yeriniz Cənnətdir. İlahi! Ali-Əqili öldürənləri məhv et!” ("Əqil ibn Əbutalib", səh.71; "Yənabiul-məvəddəh", c.3, səh. 3.)    İmam Səccad (ə) Əqil xanədanına xüsusi qayğı göstərirdi, hətta onları Cəfər Təyyar xanədanından üstün tuturdu. Bunun səbəbi soruşulduğu zaman buyurdu:    إِنِّي أَذْكُرُ يَوْمَهُمْ مَعَ أَبِي‌عَبْدِاللَّهِ فَأَرِقُّ لَهُمْ‌    “Onların Əba-Əbdillah yolundakı fədakarlıqları yadıma düşdükdə, onlara ürəyim yanır.” ("Əyanuş-şiə", c.1, səh.636.)    Aşura hərəkatında Əqil xanədanından doqquz nəfər şəhadət feyzinə nail oldu:    1. Kufədə şəhid olan Müslim ibn Əqil;    2. Abdullah ibn Müslim ibn Əqil (Müslim oğlu Abdullah);    3. Məhəmməd ibn Müslim ibn Əqil (Müslim oğlu Məhəmməd);    4. Cəfər ibn Əqil;    5. Əbdürrəhman ibn Əqil    6 Məhəmməd ibn Əqil;    7. Abdullah ibn Əqil;    8. Əli ibn Əqil;    9. Məhəmməd ibn Əbu Səid ibn Əqil.    (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.780-781.)   Maide.az – Maarif bölümü