Kərbəlada ilk uşaq teatrı
İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən uşaqların fikri inkişafı mərkəzinin təşəbbüsü ilə ötən gün Kərbəlada ilk uşaq teatrı tamaşa göstərib. Maide.Az “iraq news” saytına istinadla xəbər verir ki, “O mənim anamdır” adlanan tamaşanı İraqın tanınmış aktyorlarından təlim almış azyaşlı uşaqlar səhnələşdirib. Teatr “Səccadiyyə ilahiləri” Beynəlxalq festivalının tərkib hissəsidir. Uşaqların rəsm, nağıl yazma və danışma , eləcədə aktyorluq sahəsində bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunan bu teatr ilk tamaşasını İraqlı analara həsr edib.