Maide.az

Kərbəlada Beynəlxalq festival keçiriləcək

Beşinci Beynəlxalq "Təratil-Səccadiyyə" festivalı oktyabrın 25-də İmam Hüseyn ziyarətgahında keçiriləcək.   Maide.Az "Kerbela.info"-a istinadən xəbər verir ki, bu barədə festivalın hazırlıq komitəsinin sədri Cəmaləddin Şəhristani məlumat verib.   O bildirib ki, müsabiqənin açılış və təltif mərasimində iraqlı və əcnəbi tanımış mətbuat nümayəndələri, siyasətçilər, ruhanilər iştirak edəcək.   Şəhristaninin sözlərinə görə, festivala dəvət edilmiş qonaqlar arasında aşağıdakılar var: Britaniyalı media təmsilçisi Robert Karter, Londonun Sünni Fətva Şurasının sədri Şeyx Məhəmməd Yəzdani Xan, misirli media təmsilçisi və London İnteqrasiya Mərkəzinin sədri Mustafa Feld əl-Bəsri, Misirin mədəniyyət nazirinin müavini dr. Səna əş-Şeyx və Tunis Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Mazin bin ət-Təhrir əş-Şərif.   C.Şəhristani əlavə edib ki, festival çərçivəsində, həmçinin ssenari yazmaq üzrə təlimlər, poeziya sessiyaları, fotoqrafiya müsabiqəsi və beynəlxalq kitab sərgisi də keçiriləcək.   Bildirək ki, Beynəlxalq "Təratil Səccadiyyə" festivalı hər il ərəb ədəbiyyatı və uşaqlar arasında qısa əxlaqi hekayələr üzrə keçirilən müsabiqədir. Bu mədəni tədbir İmam Hüseyn ziyarətgahının təşkilatçılığı ilə keçirilməklə Həzrət İmam Zeynəlabidinin (ə) humanitar sahə üzrə elmi irsinin və mənəvi keyfiyyətlərinin maarifini nəzərdə tutur.