Maide.az

Kəşmirdə Məhərrəm əzadarlığının keçirilməsinin qarşısı alınıb- FOTOLAR

Hindistanın Cammu və  Kaşmir əyalətində polislərlə Məhərrəm əzadarlığı keçirənlər arasında qarşıdurma olub. Belə ki, hüquqmühafizəçilər əzadarlara hücum edərək onları dağıtmağa çalışıb.   Maide.Az "FaktXeber.com"-a istinadla xəbər verir ki, bununla bağlı yayılan kadrlardan görünür ki, hüquqmühafizəçilər qadın, qız demədən qarşısına çıxanları sopalarla döyür.   Yerli KİV-də yayılan məlumata görə, bundan başqa onlarla gənc həbs edib.    Bildirilir ki, Srinqara əyalətində Şəhid Günc, Batalalu, Şerqari, Kotibaq, Ram Manşi Baq, Maysuma və Kral-Xuda məntəqələri hüquqmühafizəçilər tərəfindən nəzarətə götürülüb.