Maide.az

Kəbədə kran aşdı - FOTO

Məkkədə  Kəbənin də içində olduğu Məscidül-Həramda tikinti yerində kran devrilib.   Maide.Az faktxeber-ə istinadla verdiyi məlumata görə, bu barədə Məkkə Əmirliyi Tvitterdə açıqlama verib. Bildirilir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.   Açıqlamaya görə, kran devrilən zaman ərazi ziyarət üçün bağlı imiş.   Xatırladaq ki, 2015-ci ildə Məkkədə Hərəmin genişlətmə layihəsi çərçivəsində həyata keçirilən təmir işləri zamanı kranın devrilməsi ilə 110 nəfər həlak olmuş, 400 nəfər də yaralanmışdı.