Kərbəlada “Həzrət Zeynəbə (s.ə) yardım” adlı konfrans keçirilib
Kərbəlada İmam Hüseynin (ə) hərəmində din alimləri və araşdırmaçıların iştirakı ilə o həzrətin hərəminin dəstəyi və təşəbbüsü ilə “Həzrət Zeynəbə (s.ə) yardım” adlı konfrans keçirilib. Maide.Az xəbər verir ki, Kərbəla hadisəsində həzrət Zeynəbin (s.ə) böyük öhdəliyi və mövqeyinin araşdırılması və bəyanı ilə bağlı keçirilən konfransda Həzrət Zeynəbin (s.ə) əsir olduğu halda Yəzidin sarayındakı xütbəsi və digər çıxışları müzakirə olunub. Konfransda o böyük xanımın həyatı, keçdiyi yolun haqq carçıları və haqq yolunun davamçıları üçün nümunə olduğu vurğulanıb. Qeyd edək ki, hər il Ərbəin yürüşünün başlanması ərəfəsində bu konfrans keçirilir. Konfransda iştirak edən din alimlərinə Ərbəin mərasiminin diri saxlanılması istiqamətində tövsiyələr olunur.