Kərbəlada Ərbəin ziyarəti mövzusunda beynəlxalq konfrans keçiriləcək
Oktyabrın 14-də Kərbəlada “Ərbəin ziyarəti, mövzular və nəticələr” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Maide.Az xəbər verir ki, bu elmi konfrans İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən “Kərbəla” elmi tədqiqatlar və araşdırmalar mərkəzinin təşəbbüsü ilə keçirilir. Konfrans şənbə günü yerli vaxtla saat 9-da İmam Hüseyn (ə) hərəminin “Seyidül-Övsiya” konfrans zalında başlayacaq. Konfransda müxtəlif ölkələrdən elm adamları, araşdırmaçılar və yazıçılar iştirak edəcək.