Maide.az

Kərbəlada İmam Hüseynin (ə) hərəminə çıxan yeraltı tunelin inşası başa çatıb - FOTO

Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminə çıxan yeraltı tunelin inşa işləri başa çatıb.   Zəvvarların rahat şəkildə İmam Hüseynin (ə) hərəminə çatması üçün yerin 5 metr dərinliyində inşa edilən tunelin uzunluğu 70 metrdir.   Tunelin giriş hissəsi sınmayan şüşə konstruksiyalarla inşa olunub.   Hazırda yeraltı tunelin çıxışlarında ağaclar, gül-çiçəklərin əkilməsi və s. dekorasiya işləri həyata keçirilir. (deyerler) /