Maide.az

Kərbəlanı İŞİD-dən qorumaq üçün 70 km uzunluğunda xəndək qazılır- VİDEO

İŞİD terrorçularının və onların minalanmış maşınlarının qarşısını almaq məqsədilə Kərbəla ilə əl-Ənbar əyaləti arasında 70 km uzunluğunda xəndək qazılır   İraq mətbuatı  xəbər verir ki, 70 km uzunluğunda olan xəndək Kərbəlanın qərbindən başlayaraq Nəcəf şəhərinə doğru hərəkət edəcək və əraziləri əl-Ənbar səhrasından ayıracaq.   əl-Ənbar əyalətinin Rəmadi və Fəllucə şəhərləri istiqamətindən gələn İŞİD terrorçuları bu bölgədə tez tez görünürlər.   Xəndəyin dərinliyi iki enliyi isə 3 metr olacaq.Burada hər klometrdən bir nəzarət bürcləri tikiləcək.   Kərbəlada olan təhlükəsizlik qüvvələri dəfələrlə səhradan gələn terrorçularla qarşılaşıblar.(İslaminsesi)