Kərbəlada İmam Zeynəlabdin (ə) adına xəstəxana istifadəyə veriləcək
12 may - 5 şaban - Həzrət İmam Səccadın (ə) mübarək doğum günüdür bu münasibətlə may ayının 12-də Kərbəlada İmam Zeynəlabdin (ə) adına xəstəxananın açılışı olacaq. Maide.Az xəbər verir ki, İmam Zeynəlabdin (ə) xəstəxanası ixtisaslaşdırılmış xəstəxanadır və İmam Hüseyn (ə) zəvvarları və əhaliyə xidmət etmək məqsədi ilə tikilib. Xəstəxana tam müasir standartlara cavab verən avadanlıqla təchiz olunub.