Kəbənin ətrafına quraşdırılan iki mərtəbəli halqa sökülür
Kəbənin ətrafında iki mərtəbəli poladdan quraşdırılan halqanın söküntüsünə bu gündən başlanılıb. Maide.az xəbər verir ki, müvəqqəti təvaf sahəsinin sökülməsi işləri Məscidül-Haramda təvaf eyvanının genişləndirilməsi layihəsinin başa çatması ilə əlaqələndirilib. Bildirilib ki, artıq eyni vaxtda 107 min zəvvar Kəbə ətrafındakı eyvanda təvaf edə bilər. Müvəqqəti təvaf sahəsinin söküntü işləri Ramazan ayından öncə başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, müvəqqəti təvaf sahəsi 2013-cü ildə Kəbə ətrafına quraşdırılmışdı./