Kərbəlada hava limanı nə zaman istifadəyə veriləcək?
İmam Hüseyn (ə) ziyarətgahının məsul şəxsləri bildiriblər ki, Kərbəla beynəlxalq hava limanı 2020-ci ildə istifadəyə veriləcək. Maide.az xəbər verir ki, hazırda Kərbəlada İmam Hüseyn (ə) adına beynəlxalq hava limanının tikintisi davam etdirilir. Tikintinin ikinci mərhələsi Çin şirkətinin sərmayəsi ilə həyata keçirilir. Hava limanında tikinti işlərinin yaxın 3-4 il ərzində başa çatdırılacağı bildirilir. /