Kərkuk türkləri dünya müsəlmanlarından yardım istəyir
Kərkukun Tazə şəhər şiələri mitinq keçirərək Bəşir bölgəsinin İŞİD terrorçularından azad olunması üçün müctəhidlərdən və dünya müsəlmanlarından yardım istəyiblər. Maide.az xəbər verir ki, Tazə şəhər sakinləri keçirdikləri mitinqdə Bəşir bölgəsinin azadlığını və İŞİD terrorçularının Tazə şəhərinə davamlı bobardımanlardan xilas olunması üçün hökumətdən, müctəhidlərdən və dünya müsəlmanlarından yardım istəyiblər. Onlar əllərində Ayətullah Sistanin şəkillərini və üzərində “Məhəmməd və Əli şiələriyik bizə yardım edin” və “Bəşir bölgəsinin azadlığı müqəddəs milli borcdur” şüarları yazılmış plakartlar daşıyıblar. Qeyd edək ki, İraqın Tazə və Bəşir bölgəsində Türkmən şiələr yaşayır. Bu iki bölgə arasında olan məsafə 7 kilometrdir. İŞİD terrorçuları Bəşir və Tazə bölgəsini daim bombalayır. Bir müddət öncə bu bölgəyə hətta kimyəvi silahlardan istifadə edərək hücumlar etmişdi. Hücum nəticəsində yüzlərlə dinc sakin həlak olmuş və yaralanmışdır. ABŞ Mərkəzi Kəşfiyyat idarəsi də elan edib ki, İŞİD fevral ayında Suriya və İraqda kimyəvi silahlardan istifadə edib. Mart ayının 17-də ABŞ dövlət katibi Con Kerri demişdi ki, İŞİD terror qruplaşması şiələrə qarşı soyqrım həyata keçirib./