Kərbəlada “Səccadiyyə ilahiləri”adlı Beynəlxalq festival keçiriləcək
Müqəddəs Məhərrəm ayında (8 noyabr) İmam Səccad (ə)-ın şəhadətinin ildönümü münasibətilə Kərbəla şəhərində “Səccadiyyə ilahiləri” Beynəlxalq festivalı keçiriləcək. Maide.az xəbər verir ki festivalın hazırlıq komitəsinin rəhbəri Seyid Cəmaləddin Şəhrestani bununla bağlı deyib ki, İmam Səccadın (ə) tərtib etdiyi “Hüquq risaləsi”-ndə qeyd edilən əbədi ümumbəşəri irs haqqında müxtəlif dinlərə və tayfalara mənsub alimlərin və mütəfəkkirlərin məlumatlanması məqsədi ilə keçiriləcək. “Səccadiyyə ilahiləri” Beynəlxalq mədəni-dini festivalı İmam Səccad (ə) –ın tarixi və bəşəri irsi, eləcədə onun “Hüquq risaləsi”əsərində göstərilən əbədi konsepsiyalar və mövzulara söykənir. Festivalda dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ, Almaniya, Fransa, Livan, Suriya, İordaniya, Kuveyt, Ərəbistan, Bəhreyn, İran və Türkiyədən görkəmli dini, elmi, ədəbi xadimlər və professorlar iştirak edəcək. /