Kəşmirdə məsciddə partlayış, 10 nəfər yaralanıb
Keşmirdə məsciddə partlayış baş verib, 10 nəfər yaralanıb. Maide.az xəbər verir ki, bu gün səhər Srinqar şəhərinin cənubunda yerləşən Şuyban bölgəsindəməsciddə partlayış baş verib, partlayış nəticəsində məscidin içərisində namaza qılan 10 nəfər yaralanıb. Partlayış sübh namazından sonra insanların məsciddən çıxdığı zaman baş verib. Yar. alılar xəstəxanaya yerləşdirilib. Hələlik partlayışın məsuliyyətini heç bir qrup üzərinə götürməyib. /