Maide.az

Jirinovski Bakıya gəlir

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə hazırlaşır Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib. Onun sözlərinə görə, Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır. Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir. /