Maide.az

I siniflər üçün KSQ, III siniflər üçün BSQ ləğv olunub

Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub.   Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.   Qərara əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.   BSQ ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:   - ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;   - ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;   - lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;   - ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;   - ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;   - lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.   - Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.   Xatırladaq ki, kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.   Qeyd edək ki, summativlərin ləğvi ibtidai siniflərdə dərs yükünün azaldılmasıdır.  /faktxeber /