Maide.az

Şirvanda yanğın iki uşağın həyatına son qoydu

Yataqxama sakinlərinin təxliyə olunduğu deyilir   Şirvan şəhərində beşmərtəbəli yataqxanada yanğın olub, nəticədə 2 uşaq ölüb.   Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.   Bildirilib ki, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada baş verib.   Binanın 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.   Hadisə zamanı evdə olan 2015-ci il təvəllüdlü Eldar Vəliyev və 2018-ci il təvəllüdlü Araz Vəliyev tüstüdən zəhərləniblər. Onlar qonşular tərəfindən xəstəxanaya aparılsa da, hər ikisi orada vəfat edib.   Nazirlik mənzillərin yanğından mühafizə olunduğunu qeyd edib.