Şirvanda üç uşaq dərmandan zəhərlənib
Şirvanda üç azyaşlı zəhərlənib. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 5 yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyəti qəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Zəhərlənən uşaqların müalicəsi davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.