Şirvanda dəhşətli qəza - 4 nəfər öldü
Şirvan şəhərində dəhşətli yol qəzası baş verib. Şirvan şəhər sakini Şamilov Qadir Cəfər oğlu idarə etdiyi 90 PT 031 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə nəticəsində 4 nəfər - 3 qadın və sürücü dünyasını dəyişib. /Trend