`Çirkin hücumlara baxmayaraq İslam Respublikası öz izzətini qoruyur, gücünü dahada artırır`
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün İran İslam Respublikasının Silahlı Qüvvələrinin yüksək çinli zabitləri ilə görüşüb. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Rəcəb ayında qarşıdan gələn mövlud günləri münsibətilə dünya müsəlmanlarını təbrik edib. “Rəcəb, Şəban və Ramazan aylarında olan mübarək günlər Allahın saleh bəndələri üçün bayramdır. Bu bərəkətli aylardan daha çox mənəvi bəhrələnmək lazımdır.” Ali Rəhbər ölkə Silahlı Qüvvələrinin lazimi güc, izzət, və kifayət qədər bacarıqlı olmasını vurğulayıb. Eyni zamanda yeni kadrların yetişdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Silahlı Qüvvələrin əsas məqsədi qarşıya qoyulmuş vəzifələrin icrasıdır. Ayətullah Xamenei qeyd edib ki, İran İslam Respublikası hazırda özünün qüdrətli dövrünü yaşayır. “Bizə qarşı olan hücumların əsas səbəbi də günü-gündən artan gücümüzdür.Düşmən bunu özünə təhlükə hesab edir, lakin bütün çirkin hücumlara baxmayaraq İslam Sistemi öz izzətini qoruyur, gücünü dahada artırır.”