Iraq Səudiyyə Ərəbistanla sərhəddə əməliyyata başladı
Bu gün İraq ordusu Səudiyyə Ərəbistanı ilə sərhəddə, səhra ərazisində İŞİD terrorçularına qaşı yeni təmizləmə əməliyyatına başlayıb. Maide.Az "AA"-a istinadən xəbər verir ki, Ənbar vilayəti üzrə İraq ordusunun komandanı Məhmud əl-Fəllahiyə istinadən məlumat verib. M.Əl-Fəllahi deyib ki, Səudiyyə Ərəbistanın Ənbar çölünün terroristlərdən təmizləmək üçün əməliyyatda ordu və polis gücləri iştirak edir. Koalisiya qüvvələri isə havadan dəstək verir. Məlumata əsasən, əməliyyatda “Həşd Şabi” qüvvələridə iştirak edir.