Iraq parlamentinin spikeri tutduğu vəzifədən uzaqlaşdırıldı
İraq parlamentinin nümayəndələri ölkənin parlament spikeri Səlim Əl-Cuburinin tutduğu vəzifədən uzaqlaşdırılmasına səs verib. Maide.az xəbər verir ki,parlamentin bu günki iclasında Səlim Əl-Cuburi iştirak etməyib və iclası müvəqqəti spiker Əli Əl-Cənabi idarə edib. Səsvermədə 171 nümayəndə Əl-Cuburinin spikerlikdən uzaqlaşdırılması və Əli Əl-Cənabinin müvəqqəti olaraq spiker olmasına səs verib.