Iraqın cənubunda etiraz aksiyası keçirilib
İraqnın cənubunda yerləşən Bəsrə və Ən-Nasiriyə şəhərlərində ötən gün elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, etirazçılar əhaliyə xidmətlərin yaxşılaşdırılması xüsusi ilə elektrik enerjisinin təmininin yaxşılaşdırılmasını tələb edib. Etirazçılar istəkləri təmin olunmazsa Bağdadın Təhrir meydanında da aksiya keçirəcəklərini deyiblər. Qeyd edək ki, İraqın bəzi əyalətlərində elektrik enerjisinin verilməsi 16 saat fasilə yaranır.