Maide.az

Iraq DİN-ni: İŞİD lideri yaralıdır

İraqın Daxili İşlər Nazirliyi bəyanat yayaraq İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yaralandığını təsdiqləyib. Maide.az-ın Əl-İraqiyyə kanalına istinadən məlumatına görə, İraq DİN-ni "Kəşfiyyat qatrallar" qrupu İŞİD-ə qarşı əməliyyat həayata keçirib və əməliyyat nəticəsində Əbu Bəkr əl-Bağdadi yaralanıb və bir neçə İŞİD komandiri həlak olub. Əl-Bağdadinin xəsarətinin ağırlıq dərəcəsi barədə hələlik məlumat yoxdur. Əl-Cəzirə kanalının məlumtına görə, İŞİD sözçüsü Əbu Məhəmməd əl-Ədnani İŞİD lideri əl-Bağdadinin Mosul şəhərinə yaxın bir yerdə yaralandığını təsdiqləyib. Həmçinin məlumatda əl-Bağdadinin müavini və sağ qolu olan Əbu Müsli əl-Türkmaninin öldürüldüyü qeyd olunur. Qeyd edək ki, İŞİD liderinin yaralanması barədə məlumat mətbuatda noyabrın 8-də yayılıb. Lakin ABŞ və İraq hakimityyəti tərəfdən bu barədə rəsmi məlumat yayılmamışdı. /