Iran və Rusiya ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib
Iran və Rusiya ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib. “Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – saga-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, - Lavrov belə deyib. Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır. İran Xarici İşlər Nazirliyi də ABŞ-ın Türkiyəyə qarşı ötən gün tətbiq etdiyi sanksiyanı tənqid edib. Bu barədə İran Xarici İşlər naziri Muhamməd Cavad Zərif öz Tvitter hesabında paylaşım edib. “ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayış etdirildi. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq və (Türkiyə) xalqı və hökuməti ilə bir yerdəyik”, - deyə Cavad Zərif bildirib.