Iran və Pakistan sərhədində atışma olub
İranda narkotik qaçaqmalçıları ilə polis arasında qarşıdurma baş verib. Maide.Az xəbər verir ki, İranın Sistan və Bəluçistan əyalətində sərhədçilər və Sepah birgə əməliyyat keçirib. Narkotik qaçaqmalçıları ilə İran qüvvələri arasında atışma baş verib. Pakistandan İrana keçmək istəyən qaçaqçılar İran təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində içərisində 1 ton 350 kiloqram narkotik olan avtomobilləri buraxaraq qaçıblar. Qaçaqmalçılar Pakistan ərazisinə giriblər.