Iran Omanda xəstəxana tikəcək
İranın Qırmızı Aypara Cəmiyyəti Omanda xəstəxana tikəcək. Maide.Az xəbər verir ki, bu xəstəxana bütün müasir tibbi avadanlıqla təchiz olunacaq. Xəstəxanada əlillərin reabilitasiya şöbəsi də fəaliyyət göstərəcək. Qeyd edək ki, İran son illər bölgənin müxtəlif ölkələrində o cümlədən İraq, Türkmənistan, Dubai və Suriyada xəstəxana və tibb mərkəzləri tikib və istifadəyə verib.