Iranın Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib -FOTO
Bu gün səhər yerli vaxtla saat 6:30-da İranın Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib. Maide.az İran KİV-lərinə istinadən məlumat verir ki, Tehranın Fatimi xiyabanında yerləşən binada yanğın konfrans zalında başlayıb. Məlumata əsasən, yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğın söndürülüb. Yanğına görə Tehranın mərkəzi xiyabanlarında bir neçə saat tıxac yaranıb. /