Iranda avtobus dərəyə aşıb, 11 nəfər həlak olub
İranda Kərəcdən Sari şəhərinə gedən sərnişin avtobusu yerli vaxtla saat 02:00 radələrində dərəyə aşıb. Maide.Az xəbər verir ki, avtobusun dərəyə aşması nəticəsində 11 nəfər həlak olub, 27 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Polisin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sistemində yaranmış problem olub.