Maide.az

Iranda 4,2 bal gücündə zəlzələ baş verib

Iranın Gülüstan əyalətinin Əliabad Kətul şəhərində  4,2 bal gücündə zəlzələ baş verib. Maide.Az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 01:59-da baş verib.  Yeraltı təkanların episentri Gülüstan əyalətinin Əliabad Kətul şəhərində 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.(tasnim)