Maide.az

Iran ABŞ-a məxsus kəşfiyyatçı təyyarəni vurub

Iran ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz “Global Hawk” təyyarəsini  vurub.  Maide.Az İran KİV-lərinə istinadən xəbər  verir ki, bu haqda İslam İNqilabı Keşikçilər Korpusu (Sepah) öz yayımladığı  bəyanatda bildirir.  Bəyanatda qeyd olunur: “Bu gün səhər satlarında  ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz “Global Hawk” təyyarəsi casusluq məqsədilə  İran sərhəddini pozduğu üçün  Sepah-ın  Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.    Pilotsuz aparat Hörmuzqan əyalətinin  Mubarək dağı ilə üzbəüz ərazidə  vurulub.