Maide.az

iPhone 6-nı Coca-Cola-da qaynatdılar – VİDEO

YouTube istifadəçisi olan videoblogger yeni iPhone 6-nı Coca-Cola-da qaynatdıqda nə baş verəcəyini göstərib.    Bir neçə həftəyə 2,5 milyondan çox baxış toplamış video TechRax kanalında yerləşdirilib.     Bildirilir ki, təcrübə üçün yeni iPhone 6-dan istifadə olunub. Qurğunu içində qaynamaqda olan Coca-Cola ilə dolu qazana salırlar. Qaynama zamanı tünd sarı tüstü peyda olur.     Təcrübənin nəticələrinə görə iPhone 6-nın bəzi detalları tamamilə sıradan çıxır, funksiyaları işləmir. Lakin telefonun korpusu demək olar ki, tam qalır.