Çin yeni nəsil telekommunikasiya peykini kosmosa buraxıb
Peyk şəbəkə məlumatlarının sürətli ötürülməsi və teleyayımın təşkili üçün nəzərdə tutulub Çin yeni nəsil eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb. "Report" "Sinxua"ya istinadən xəbər verir ki, buraxılış Sıçuan əyalətinin Siçan kosmodromundan həyata keçirilib. Göyərtəsində kosmik aparat olan "Çançjen-3V" raket daşıyıcısı yerli vaxtla 5 yanvar 23:18-də start götürüb. Peyk şəbəkə məlumatlarının sürətli ötürülməsi və teleyayımın təşkili üçün nəzərdə tutulub. /