Çin və İran hərbi əməkdaşlığı genişləndirir
İranın müdafiə naziri Hüseyn Dehqanın dəvəti ilə Çin Xalq Respublikasının müdafiə naziri Çang Vanquan Tehrana rəsmi səfər edir. Maide.Az İranın Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, 3 günlük səfər zamanı Ç.Vanquan İranlı həmkarı və bu ölkənin digər yüksək vəzifəli şəxlsəri ilə görüşüb, müzakirələr aparacaq. Müzakirələr əsasən hərbi sahədə iki tərəfli əlaqələrin inkişafı və beynəlxalq məsələləri əhatə edəcək.