Interpolun məlumat bazasına 40 min xarici terroristin adı daxil olunub
Təxminən 40 min nəfərin adı İnterpolun xarici terroristlərin məlumat bazasına daxil olunub. Bunu ABŞ prezidentinin İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk deyib. Maide.Az xəbər verir ki, B.Makqerk əlavə edib ki, adları interpolun bazasına daxil olan 40 min nəfər 60 ölkənin nümayəndələridir. “Onların hamısı İŞİD terror qruplaşması ilə əlaqəlidir. Həmin şəxslər hərbi münaqişələrdə iştirak etmək üçün ya Suriya və İraqa gedib və ya getməyə cəhd göstərir. (islam-today.ru)