Instagram bir saatlıq video imkanı barədə elan etdi-VİDEO
Instagram-ın baş direktoru Kevin Sistrom rəsmi olaraq istifadəçilər üçün yeni imkanlar barədə elan edib. Bundan sonra onlar sosial şəbəkədə bir saatlıq video paylaşa biləcəklər. Maide.Az "faktxeber"-a istinadən xəbər verir ki, bu IGTV tətbiqi sayəsində mümkün olacaq. IGTV vertikal uzunmüddətli videolarla işləmək və onları Instagramda dərc etmək mümkün olacaq. Beləliklə hər bir istifadəçi avtomatik olaraq öz kanalının müəllifinə çevrilir. Qeyd edək ki, hazırda videonun maksimum uzunluğu 1 dəqiqədir. Kompaniya Android və iOS üçün tətbiqin yaxın bir neçə həftədə istifadəyə veriləcəyini elan edib. 2010-cu ildə istifadəyə veriləndən bəri istifadəçilərin sayı 1 milyarda çatıb.