Maide.az

Çin sahillərində sərnişin və yük gəmiləri toqquşub

Çinin cənubunda yerləşən Quandun əyalətinin sahilləri yaxınlığında sərnişin və yük gəmilərinin toqquşması nəticəsində 2 nəfər itkin düşüb.   Maide.Az "azərtac"-a  istinadla xəbər verir ki, hadisə zamanı sərnişin gəmisinin göyərtəsində 970 sərnişin və 140 avtomobil olub. Sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir.   İnsident fevralın 22-nə keçən gecə yerli vaxtla 01:00-da baş verib. Toqquşma zamanı polad lövhələr daşıyan yük gəmisindən 5 nəfər suya düşüb. Onlardan üçünü xilas etmək mümkün olub. Sərnişin gəmisi yedəyə alınıb limana gətirilsə də, yük gəmisi batıb.   Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Qəzanın baş vermə səbəbləri araşdırılır.