Çin müsəlmanlarının rəhbərinin dəfn mərasimində 300 min nəfər iştirak edib
Çin müsəlmanlarının rəhbəri Donq Guan Abdullahın dəfn mərasimində 300 min nəfər iştirak edib. Maide.Az “akhbarak.net” saytına istinadən xəbər verir ki, Dongguan məscidinin imamı və Çinin tanınmış böyük alimlərindən olan Dong Guan Abdullah Çinin şimal-qərbində Xining şəhər qəbristanlığında dəfn olunub. Bir neçə gün öncə 85 yaşında vəfat etmiş alim D.G.Abdullah ömrünün çox hissəsini İslam dininin təlimlərini öyrədib. Minlərlə şagird tərbiyə edib. O 13 yaşından Çinin məşhur alimlərindən olan atasının yanında İslami elmləri öyrənmışdi. Vaxtının çoxunu məsciddə keçirir və şagirdlər yetişdirirdi.