Maide.az

Çin İmperatoru Honq Vudan Həzrət Məhəmməd (s) şeiri

Maide.az xəbər verir ki, Çində Ming Xanədanının ilk imperatoru olan Honq Vunun 14-cü əsrin sonlarında Həzrət Peyğəmbəri (s) tərifləyən bir şeir yazdığı ortaya çıxıb.   Honq Vu Çində 1368-1398-ci illər arasında hökmran olub. Honq Vu Yuan Xanədanına qalib gələrək ölkə rəhbərliyinə keçən Minq sülaləsinin ilk hökmdarıdır. Honq Vunun ordusunda aralarında Çen Yuchun, Lan Yu, Ding Dexing, Siz Ying, Feng Sheng və Hu Dahai kimi məşhur generalların da olduğu 10 müsəlman komandir olub.   İmperator Honq Vunun səltənəti zamanı çoxlu sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki dağıdılmış olan Jinjue məscidini də yenidən inşa etdirərək, çoxlu sayda Xoi müsəlmanının bu şəhərə daşınmasını təmin etdiyi də məlumdur. İmperatorun həyat yoldaşı imperatriça Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır.   İmperatorun şeiri hər birində dörd söz olan 24 misradan ibarətdir.    Kainatın yaradılışından bu yana  Allah elçi göndərməyi qərarlaşdırmışdı  Bu böyük, imanlı adam  Qərb ölkələrində dünyaya gəldi  O, müqəddəs kitabı gətirdi  O kitab otuz parçaydı  Bütün aləmlər üçün rəhbəriydi  Bütün rəhbərlərin əmiriydi  Hər bir müqəddəsin başçısıydı o  Dəstək alaraq önəmli insanlardan  Ümmətini salam yoluna yönəltdi  Beş vaxt namaz ilə  Sakitlik, ümid və sülh ilə  Allaha əsaslanırdı bütün qəlbilə  Kasıblar üçün ümid oldu  Onları bəlalardan, çətinliklərdən xilas etdi  Qaranlığın üzərinə çökdüyünü görüncə  Ruhları və aləmləri işıqlandırdı  Uzaqda qaldı bütün günahlar  Sözlər kifayət etməz ona təşəkkürə  Müqəddəs yolu təqdim etdi bizə  Bütün şeytanları məğlub edib  Onun dini saf və haqdır  Məhəmməd (s) soylu və böyükdür.