Çinli turistlər 115 milyard dollar xərclədi
Çinli turistlər ötən il ölkədən kənara etdikləri səyahətlərdə 115 milyard dollar pul xərcləyib. Maide.Az “AA”-a istinadən xəbər verir ki, Çinin tanınmış turizm agentliyi Ctrip ve Çin Turizm Akademiyasının birgə yayımladığı hesabata görə, ötən il 130 milyon Çinli turist digər ölkələrə səfər edib və 115 milyard dollar vəsait xərcləyib. 2016-cı illə müqayisədə bu rəqəm turistlərin sayına görə 7 faiz, xərclənmiş vəsaitin miqdarına görə isə 5 faiz artıb. Çinli turistlər səyahətlərini daha çox qrup turlarla təşkil ediblər. Hesabata görə, turistlər əsasən Tayland və Yaponiyaya səfər edib.