Maide.az

Çinli fəhlələrdən yeni dünya rekordu

Fəhlələr üç dəmir yolunu birləşdirərək bütün digər lazımi işləri görüblər   Çində bir gecəyə dəmir yolu qovşağı tikilib. Sputnik Azərbaycan bu barədə Daily Mail-ə istinadən məlumat verir.    Qovşaq yeni dəmiryolu vağzalı üçün istifadəyə verilib. Tikintidə 1,5 min nəfər, 23 ekskavator və 7 tikinti qatarı iştirak edib.    Məlumata əsasən, fəhlələr üç dəmir yolunu birləşdirərək bütün digər lazımi işləri görüblər.    İşin belə tez başa çatmasında planlaşmanın həlledici rol oynadığı bildirilir. 7 briqadaya bölünən fəhlələr müxtəlif vəzifələri yerinə yetiriblər.