Maide.az

Çinin sahillərində balıqçı gəmisi batıb - 10 nəfər itkin düşüb

Çinin Şandun əyalətinin sahillərində balıqçı gəmisi batıb.   Trend-in "Xinhua"ya istinadən verdiyi məlumata görə, gəminin batması nəticəsində 10 nəfər itkin düşüb.   Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata 37 gəmi iştirak edir.