Maide.az

Çinin cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib

Şənbə günü səhər Çinin cənub-şərqində yerləşən Yunnan əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.   Maide.Az "azərtac"a  istinadla xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.   Bildirilir ki, zəlzələnin episentri əyalətin cənubundakı Szinxun şəhərindən 174 kilometr şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.   Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.